`İncirlik` Rusiyaya verə bilər


01:02     17 Avqust 2016 incirlik.jpeg

Türkiyə İncirlik aviabazasını Suriyada antiterror əməliyyatları aparmaq məqsədilə Rusiya Hava-Kosmik Qüvvələrinin sərəncamına verə bilər.


RİA Novosti xəbər verir ki, Federasiya Şurasının beynəlxalq və müdafiə komitələri bunu istisna etməyiblər.

Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitəsinin üzvü İqor Morozov deyib ki, Türkiyə İncirlik bazasını Suriyada antiterror əməliyyatları aparmaq məqsədilə Rusiya Hava-Kosmik Qüvvələrinin sərəncamına verə bilər:

"Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya qarşı atdığı müsbət addımların məntiqi davamı ola bilər".

Açar sözlər:

Oxunub: 1359